Klinik.Media

Call Website

Klinik.Media Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Klinik.Media, Medical and health, MTK Plaza (2-ci mərtəbə), Baku.

Klinik.media tibb sahəsi üzrə ixtisaslaşmış internet xəbər portalı 2026-cı ilin aprel ayında fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata kecirən media qurumudur.

“KLNK” MMC nəzdində fəaliyyət göstərir.

03/10/2026

Qubaya qar yağır?

02/10/2026

Rəqqas Nicat Azadlı zorakılıqda ittiham olunur: HƏYAT YOLDAŞINA MAŞINDA...

Rəqqas Nicat Azadlının həyat yoldaşı onun tərəfindən fiziki və psixoloji zorakılığa məruz qaldığını iddia edib.

Qadın sosial şəbəkə hesabında qucağında azyaşlı uşaq olarkən avtomobildə ona qarşı şiddət göstərildiyini əks etdirən video paylaşıb. O, paylaşımında Nicat Azadlı, eləcə də onun valideynləri və bacısı ilə bağlı ağır ittihamlar səsləndirib.

Qadının sözlərinə görə, həyat yoldaşı onu mütəmadi olaraq döyüb, ailəsi isə bu məsələdə ona dəstək olmaq əvəzinə, zorakılığa təşviq edib.
O, Nicatın atasının oğluna qarşı tərəfi öldürməyi, həbsə düşəcəyi təqdirdə isə 30-40 min manat ödəməklə azadlığa çıxacağını dediyini iddia edib.
Qadın Nicatın anasının da hələ dünyaya gəlməmiş nəvəsi ilə bağlı mənfi fikirlər səsləndirdiyini və bununla bağlı səs yazısının əlində olduğunu bildirib.

Qadın qeyd edib ki, yaşadığı zorakılıq halları ilə bağlı foto, video və səs yazılarını hüquq-mühafizə orqanlarına təqdim edib. Onun sözlərinə görə, məsələ məhkəməyə qədər getsə də, nəticədə qarşı tərəf 1500 manat cərimələnib.
“Bu gün təkbaşına böyütdüyüm övladımın uşaqlıqda aldığı bütün travmalar 1500 manat dəyərindədir? Mənə qarşı edilən təhqirlər, alçaldılmalar, bacısının üzərimə hücum çəkərək məni döyməyə cəhd etməsi bu məbləğə dəyər? Xahiş edirəm, mənim də, Raulun da yaşadığı bu qorxunc günlərə susmayın. Yalvarıram sizə”, – deyə qadın bildirib.

Address

MTK Plaza (2-ci Mərtəbə)
Baku
AZ1234

Alerts

Be the first to know and let us send you an email when Klinik.Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share