18/09/2026
Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan sənətin estetik və emosional tərəflərinə toxunaraq, sosial media məşhurluğu ilə peşəkar musiqi arasındakı uçurumu şərh edib. Onun fikrincə, bu gün kütləviləşən və sürətlə yayılan "musiqi parçaları" sənət deyil, sadəcə gündəlik istehlak məhsuludur:
"Gözəl bəstəkar mahnılarına maraq bu gün də var və yeni əsərlər bəstələnir. Ancaq biz təkcə sosial şəbəkələrə baxıb vəziyyətə qiymət verə bilmərik. Televiziya kanallarına, xüsusən də dövlət kanallarımıza, "Mədəniyyət" kanalına baxsaq, görərik ki, orada opera, rəqs və caz musiqiləri çox gözəl şəkildə təqdim edilir. Mən başa düşürəm, siz bu sualı sosial şəbəkələrdəki mənzərəyə əsaslanaraq verirsiniz. Lakin yalnız sosial şəbəkələrlə nəticə çıxarmaq düzgün deyil..."
📌Daha ətraflı şərhdə!