26/08/2026
Saç tökülməsi qalxanabənzər vəz xəstəliklərinin əlaməti ola bilər!
Saçlarınız əvvəlki kimi sıx deyil? Hər gün normadan artıq saç tökülməsi müşahidə edirsiniz?
Qalxanabənzər vəzin hormonları saç köklərinin sağlamlığında mühüm rol oynayır. Bu hormonların azlığı (hipotireoz) və ya çoxluğu (hipertireoz) saçların zəifləməsinə, nazikləşməsinə və tökülməsinə səbəb ola bilər.
🔹 Diffuz saç tökülməsi
🔹 Saçların quruması və kövrəkləşməsi
🔹 Qaşların xarici hissəsinin seyrəlməsi
🔹 Yorğunluq, çəki dəyişiklikləri və üşümə hissi ilə birlikdə saç tökülməsi
Bu əlamətlər qalxanabənzər vəz problemlərinin göstəricisi ola bilər.
Saç tökülməsinin səbəbini müəyyən etmək üçün TSH, Sərbəst T4 və digər zəruri analizlərin yoxlanılması vacibdir.
📌 Erkən diaqnoz və düzgün müalicə ilə saç tökülməsinin qarşısını almaq mümkündür.