Asfarma.Az

Directions Contact the business

Asfarma.Az Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Asfarma.Az, Medical and health, Baku.

SİFARİŞ ET QAPINA GƏLSİN 👇🏻
https://birmarket.short.gy/SaglamliqCantam

QİDA ƏLAVƏLƏRİ | DƏRMANLAR | TİBBİ CİHAZLAR
💛 25 ildən çoxdur ki, sağlamlığınızın keşiyindəyik

"3-lü Müdafiə" ilə Immun Sisteminizi Gücləndirin! 🛡️Mövsümi dəyişikliklər və stresli günlər immun sistemimizi sınağa çək...
24/08/2026

"3-lü Müdafiə" ilə Immun Sisteminizi Gücləndirin! 🛡️

Mövsümi dəyişikliklər və stresli günlər immun sistemimizi sınağa çəkir. Buna qarşı isə mükəmməl bir həll yolumuz var! MDC Vitamin C fışıldayan tabletləri ilə orqanizminizi virus və bakteriyalardan qoruyun.

Niyə MDC? Çünki o, sadəcə bir vitamin deyil, üç güclü komponentin sintezidir:

🍋 Vitamin C (900 mq): İmmuniteti stimullaşdırır, ağ qan hüceyrələrinin istehsalını artırır və orqanizmi gücləndirir.
🍊 Sink (10 mq): İmmun hüceyrələrinin fəaliyyətini dəstəkləyir, infeksiyalara qarşı daha effektiv müdafiə yaradır.
☀️ Vitamin D3 (10 mkq-400 BV): İmmun hüceyrələrinin fəaliyyətini tənzimləyir və iltihab proseslərini nəzarət altında saxlayır.

Asfarma şirkətinin təşkilatçılığı ilə əczacılarımızla birlikdə unudulmaz bir Şuşa – Xankəndi – Laçın turu həyata keçirdi...
24/07/2026

Asfarma şirkətinin təşkilatçılığı ilə əczacılarımızla birlikdə unudulmaz bir Şuşa – Xankəndi – Laçın turu həyata keçirdik. Vətənimizin füsunkar təbiətini, tarixi-mədəni irsini yaxından görmək, azad Qarabağın nəfəsini duymaq və bu müqəddəs torpaqlarda birlikdə olmaq hər birimiz üçün böyük qürur və sevinc mənbəyi oldu.

💛 Bu möhtəşəm tur bizə yalnız gözəl xatirələr deyil, həm də vətən sevgisini, həmrəyliyi və milli ruhu daha dərindən yaşatdı.

💛 Belə dəyərli və yüksək səviyyədə təşkil olunmuş səfərə görə turda istirak edən əczacılarımız Asfarma şirkətinə səmimi təşəkkürünü bildirdilər.

Hər yeni həyat hekayəsinin başlanğıcında elm, təcrübə və doğru yanaşma dayanır!TƏBİB və ASFARMA-nın birgə təşkilatçılığı...
16/07/2026

Hər yeni həyat hekayəsinin başlanğıcında elm, təcrübə və doğru yanaşma dayanır!

TƏBİB və ASFARMA-nın birgə təşkilatçılığı ilə 1 saylı Sumqayıt Şəhər Xəstəxanasında ginekoloqların iştirakı ilə elmi görüş keçirildi.



Spiker: Həkim-ginekoloq, reproduktoloq Elnurə Mustafayeva

Mövzu: "Sonsuzluğa müasir yanaşma"

Tədbir çərçivəsində reproduktiv sağlamlıq sahəsində müasir klinik yanaşmalar, sonsuzluğun diaqnostikası və müalicəsində aktual elmi məlumatlar, eləcə də gündəlik praktikaya yön verən yanaşmalar müzakirə olundu.

ASFARMA olaraq, elmi biliklərin paylaşılmasını, innovativ tibbi yanaşmaların təşviqini və həkimlərin davamlı peşəkar inkişafını dəstəkləyən layihələrdə iştirak etməkdən qürur duyuruq. Çünki tibbdə inkişaf, davamlı öyrənmək və əldə olunan bilikləri bölüşməklə mümkün olur.

Hilton Baku otelində keçirilən Azərbaycan Dermatoveneroloqlar Assosiasiyasının (ADVA) V Beynəlxalq Konqresi dermatologiy...
09/07/2026

Hilton Baku otelində keçirilən Azərbaycan Dermatoveneroloqlar Assosiasiyasının (ADVA) V Beynəlxalq Konqresi dermatologiya sahəsində elmi biliklərin, innovativ yanaşmaların və beynəlxalq təcrübənin qovuşduğu mühüm platformaya çevrildi.

💛 Asfarma olaraq bu nüfuzlu elmi tədbirin tərəfdaşı olmaqdan qürur duyuruq.

💛 Konqres çərçivəsində müxtəlif ölkələrdən dəvət olunmuş aparıcı ekspertlər dermatologiya və dermatovenerologiyada müasir müalicə strategiyalarını, yeni klinik yanaşmaları və gələcəyə istiqamət verən elmi yenilikləri iştirakçılarla bölüşdülər.

💛 İnanırıq ki, hər yeni elmi fikir daha düzgün klinik qərarların, hər peşəkar görüş isə daha sağlam gələcəyin təməlini qoyur.

Asfarma – elmi tərəfdaşlıqla səhiyyəyə dəyər qatmağa davam edir.

Qəbələnin füsunkar təbiəti fonunda elm və təcrübə yenidən eyni nöqtədə görüşdü.💛 Asfarmanın tərəfdaşlığı ilə keçirilən A...
03/07/2026

Qəbələnin füsunkar təbiəti fonunda elm və təcrübə yenidən eyni nöqtədə görüşdü.

💛 Asfarmanın tərəfdaşlığı ilə keçirilən Azərbaycan Uroandroloqlarının XXIV Beynəlxalq Simpoziumu sahənin peşəkarlarını bir araya gətirərək yeni baxışların, innovativ yanaşmaların və dəyərli elmi müzakirələrin ünvanına çevrildi.

💛 İnanırıq ki, bu gün paylaşılan hər bilik sabah daha sağlam həyatların formalaşmasına xidmət edir. Tibb elminin inkişafına və peşəkar əməkdaşlığın gücləndirilməsinə töhfə verən bu mötəbər tədbirin bir parçası olmaqdan məmnunluq duyuruq.

Urologiyanın Gələcəyi Üçün Bir Arada

💛 Avropa Baş Ağrısı Federasiyasının (EHF) və School Headache Education (SHE) proqramının nüfuzlu nümayəndələrinin Gəncə ...
29/06/2026

💛 Avropa Baş Ağrısı Federasiyasının (EHF) və School Headache Education (SHE) proqramının nüfuzlu nümayəndələrinin Gəncə səfərinin təşkilati qarşılanması yalnız tək Asfarma tərəfindən həyata keçirildi.

💛 Professor Mark Braschinsky (Estoniya), Professor Antoinette Maassen van den Brink (Niderland) və Professor Messoud Ashina (Danimarka) kimi dünya səviyyəli mütəxəssisləri Gəncədə qarşılamaqdan qürur duyuruq.

ASFARMA şirkətinin təşkilatçılığı ilə əczaçılarımızın bir araya gəldiyi möhtəşəm Basqal turu uğurla başa çatdı!Bu unudul...
16/06/2026

ASFARMA şirkətinin təşkilatçılığı ilə əczaçılarımızın bir araya gəldiyi möhtəşəm Basqal turu uğurla başa çatdı!

Bu unudulmaz turda Aptek müdirləri,eczaçılarımız, provizorlarımız birlikdə iştirak edərək həm elmi-praktik müzakirələrdə, həm də əyləncəli anlarda bir araya gəldilər.

Tədbirdə dəyərli çıxışlar və faydalı mövzular təqdim olundu:

“28 illik etibar və keyfiyyətin ünvanı – ASFARMA”
— Ölkə müdiri Baki Kaan Özgür

“Satışın psixologiyası və pasiyent etibarı”
— Uzman Klinik Psixoloq Büşra Kaya

“Pasiyentlə kommunikasiya və satış effektivliyi”
— Klinik Psixoloq və ASFARMA ürün müdiri - Günel Əliyeva

Tədbir boyunca əczaçılarımız viktorinada fəal iştirak edərək müxtəlif hədiyyələr qazandılar və tədbirə daha da rəng qatdılar.

ASFARMA ŞİRKƏTİNİN TƏRƏFDAŞLIĞI İLƏ GƏNCƏ RAMADA HOTELDƏ STOMATOLOGİYA SAHƏSİNƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİK KONFRANS KEÇİR...
08/06/2026

ASFARMA ŞİRKƏTİNİN TƏRƏFDAŞLIĞI İLƏ GƏNCƏ RAMADA HOTELDƏ STOMATOLOGİYA SAHƏSİNƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLİB.

💛 Tədbirdə yerli və beynəlxalq mütəxəssislər iştirak edərək müasir stomatologiyada innovativ yanaşmalar, implantologiya, estetik stomatologiya, rəqəmsal texnologiyalar və yeni müalicə metodları barədə çıxışlar ediblər.

💛 Konfrans iştirakçılar üçün həm elmi bilik mübadiləsi, həm də peşəkar əməkdaşlıq platforması rolunu oynayıb.

“Asfarma” şirkətinin tərəfdaşlığı ilə keçirilən Azərbaycan–Türkiyə Allerqoloq və İmmunoloqlarının Beynəlxalq Konfransı a...
02/06/2026

“Asfarma” şirkətinin tərəfdaşlığı ilə keçirilən Azərbaycan–Türkiyə Allerqoloq və İmmunoloqlarının Beynəlxalq Konfransı allergologiya və immunologiya sahəsində müasir yanaşmaları, innovativ diaqnostika üsullarını və beynəlxalq tibbi əməkdaşlığı bir araya gətirdi.

💛 Konfrans çərçivəsində allergik xəstəliklərin erkən aşkarlanması, fərdi müalicə metodları və yeni nəsil immunoterapiya yanaşmaları müzakirə olundu.

BİR QADIN DÜNYAYA HƏYAT VERƏR…BİR ANA İSƏ O HƏYATI SEVGİSİ İLƏ BÖYÜDƏR.💛 13 may tarixində Məlhəm Beynəlxalq Hospitalda k...
23/05/2026

BİR QADIN DÜNYAYA HƏYAT VERƏR…
BİR ANA İSƏ O HƏYATI SEVGİSİ İLƏ BÖYÜDƏR.

💛 13 may tarixində Məlhəm Beynəlxalq Hospitalda keçirilən “Qadın olmaq – Ana olmaqdır!” layihəsində ilham dolu anlara şahid olduq.

💛 Hər yaşdan xanımın qatıldığı tədbirdə cərrah mama-ginekoloq, reproduktoloq Dr. Elnurə Mustafayeva “Qadın Sağlamlığına Müasir Yanaşma” mövzusu ilə qadın sağlamlığının əhəmiyyətini bir daha vurğuladı.

💛 ASFARMA olaraq biz də qadınların zərifliyini, gücünü və harmoniyasını təmsil edən IALUNA preparatına özəl hazırlanan hədiyyələrlə anaların gününə kiçik, amma duyğulu toxunuş etdik.

Çünki bəzən bir hədiyyə sadəcə hədiyyə deyil…
“Sən dəyərlisən” deməyin ən incə formasıdır.

Address

Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Asfarma.Az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Asfarma.Az:

Shortcuts

Share